SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputatlığa namizədliyi qeydə alınanların sayı 458 nəfərə çatıb

© Sputnik / Murad OrujovЗдание Центральной избирательной комиссии Азербайджана
Здание Центральной избирательной комиссии Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
MSK sədri deyib ki, namizədlərin 463 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb, 17 nəfər təşəbbüs qrupları tərəfindən, 1816 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.

BAKI, 6 yanvar - Sputnik. Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2296 nəfər müraciət edib. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin 463 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "17 nəfər təşəbbüs qrupları tərəfindən, 1816 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2146 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 2017 nəfəri isə imza vərəqələrini artıq götürüb, 774 nəfəri qaytarıb, 458 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

Xəbər lenti
0