İranın 52 obyektinə zərbə endiriləcək

© AFP 2024 / ATTA KENAREАнтиамериканский митинг в Тегеране, фото из архива
Антиамериканский митинг в Тегеране, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev rəhbəri bildirib ki, əgər İran ABŞ və amerikalılara hücum etsə, Vaşinqton buna çox sürətli və güclü cavab verəcək.

BAKI, 5 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Tramp ABŞ-a məxsus obyektlərə hücum ediləcəyi təqdirdə İranın 52 hədəfinə "sürətli və güclü zərbə" etdiriləcəyini bəyan edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Tramp rəsmi “Twitter” səhifəsində yazıb.

Ağ Ev rəhbəri bildirib ki, əgər İran ABŞ və amerikalılara hücum etsə, Vaşinqton buna çox sürətli və güclü cavab verəcək: "İran amerikalılara və ya ABŞ-ın əmlakına hücum edərsə, İranın 52 mövqeyini hədəfə alacağıq (illər əvvəl İran tərəfindən tutulan 52 ABŞ girovuna görə)”. 

O, əlavə edib ki, bu hədəflər İran və İran mədəniyyəti üçün çox əhəmiyyətli və vacıbdır: "ABŞ artıq heç bir təhdid istəmir”.

Xəbər lenti
0