CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı düşməndən aldığı "hədiyyə"lərdən muzey yaratdı - FOTO

© Sputnik / Ilham MustafayevƏlibəyli kəndində Evinə atılan güllələri yığan kolleksiyaçı Ədalət Rzayev
Əlibəyli kəndində Evinə atılan güllələri yığan kolleksiyaçı Ədalət Rzayev - Sputnik Azərbaycan
Abunə olmaq
Ə.Rzayev topladığı mərmilər içərisində tank və digər iriçaplı silahların mərmilərinin, eyni zamanda qadağan olunmuş 5,45 mm kalibrli avtomat güllələrinin də olduğunu bildirib

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Müharibə dövründə sərhəd bölgəsində yaşayan insanların da özlərinə xas məşğuliyyəti olur. Kimi atəşkəsin pozulduğu tarixlərin qeydiyyatını aparır, kimi də döyüşən əsgərlərə aid olan hər hansı əşyaları yığaraq saxlayır. Tovuz rayonunun Ermənistanla ən yaxın təmas xəttində yerləşən Əlibəyli kənd sakini Ədalət Rzayevin də məşğuliyyəti insanlarda maraq doğurur.

Sputnik Azərbaycan xəbər verir ki, o, münaqişənin başlandığı gündən bu yana evinə düşən müxtəlif çaplı mərmi və güllə ucluqlarını qoruyub saxlayır.

© Sputnik / Ilham MustafayevƏlibəyli kəndində evinə atılan güllələri yığan kolleksiyaçı Ədalət Rzayev
Azərbaycanlı düşməndən aldığı hədiyyələrdən muzey yaratdı - FOTO - Sputnik Azərbaycan
Əlibəyli kəndində evinə atılan güllələri yığan kolleksiyaçı Ədalət Rzayev

Onun bildirdiyinə görə, təpənin ətəyində yerləşən və bir baş qarşı tərəfin döyüş postlarına açılan pəncərələr hər işıq gəldiyində atəşə tutulub. Erməni hərbçilərinin dinc sakinlərə qarşı törətdiyi təxribatların izləri onun yaşadığı evin divarlarında, peyk antenası çanağında bu gün də qalmaqdadır.

Maraqlı məqam odur ki, Ə.Rzayev bu mərmi və güllələri atəşkəs elan olunandan sonra yığmağa başlayıb. Hazırda onun kolleksiyasında evinin divarlarından topladığı 200-dək güllə ucluqları yer alır. Kənd sakini topladığı mərmilərin çoxunu istifadəyə qismən yararlı olduğu üçün tullamaq məcburiyyətində qaldığını söyləyib:

© Sputnik / Ilham MustafayevErməni hərbçilərinin dinc sakinlərə qarşı törətdiyi təxribatların izləri bu gün də qalmaqdadır
Azərbaycanlı düşməndən aldığı hədiyyələrdən muzey yaratdı - FOTO - Sputnik Azərbaycan
Erməni hərbçilərinin dinc sakinlərə qarşı törətdiyi təxribatların izləri bu gün də qalmaqdadır

"2011-ci ildən 2016-cı ilin yayına qədər evimə düşən güllələri yığmışam. Hazırda saxladıqlarım evimə tökülən güllə və mərmilərin cüzi bir hissəsidir. Ucu partlayıcı olan güllə ucluqlarını yığıb atmışam ki, təsadüfi təmasda ziyan verməsin. Çünki onların başlığı salamat olanda hər an partlaya bilər", - deyə məlumat verib.

Ə.Rzayev topladığı mərmilər içərisində tank və digər iriçaplı silahların mərmilərinin, eyni zamanda qadağan olunmuş 5,45 mm kalibrli avtomat güllələrinin də olduğunu bildirib. 

© Sputnik / Ilham Mustafayev
Əlibəyli kəndində evinə atılan güllələri yığan kolleksiyaçı Ədalət Rzayevin evi - Sputnik Azərbaycan
1/4
Əlibəyli kəndində evinə atılan güllələri yığan kolleksiyaçı Ədalət Rzayevin evi
© Sputnik / Ilham Mustafayev
Əlibəyli kəndində evinə atılan güllələri yığan kolleksiyaçı Ədalət Rzayevin evi - Sputnik Azərbaycan
2/4

3/4

4/4

“Atışmanın gedişatından asılı olaraq müxtəlif çaplı silahlardan atəş açılırdı. Atışma intensiv olan vaxtlar hətta tank və PDM mərmiləri atılıb. Güllələrin içərisində isə qadağan edilmiş 5,45 mm kalibrli avtomat güllələrindən daha çox istifadə edilib. Bu güllələr öldürücü olduğundan onların belə müharibələrdə istifadəsi beynəlxalq aləmdə qəbul olunmur”, - deyə Əlibəyli sakini bildirib.

Ədalət Rzayevin bu mərmiləri toplamaqda həvəsdən başqa, xüsusi məqsədi də var. O, topladığı sursat qalıqlarını bölgəyə səfər edən "Qırmızı xaç" komitəsi kimi təşkilatların əməkdaşlarına da göstərərək dinc sakinlərin evlərinin atəşə tutulmasının dayandırılmasını istəyir.

Xəbər lenti
0