Ramiyə Məmmədova: “Ərdoğana müxalif olan partiyaların sayı artmaqdadır”
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb. Yeni partiyanın adı “Gələcək Partiyası” olaraq açıqlanıb.
Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Əhməd Davudoğlunun yaratdığı partiyanın üzvləri AKP-dən və Ərdoğandan incik düşmüş şəxslərdən ibarətdir:
“Davudoğlu məqsədlərinin Türkiyə iqtisadiyyatının güclənməsi və yeni idarəetmə sisteminin qurulması olduğunu bildirir. Beləliklə, Ərdoğana müxalif olan partiyaların sayı artmaqdadır. Yeni partiyanın rəhbəri keçmiş baş nazir olsa da, onların cəmiyyətdə dayaqları hələki zəifdir”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz