Azər Allahverənov: “Azərbaycanın hədəfi ölkəyə daha çox turist cəlb etməkdir”
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanla Rusiya arasında turizm əlaqələri inkişaf etməkdədir və son illərin statistikaları bunu əyani şəkildə göstərir:
“Azərbaycandan Rusiyaya kifayət qədər çoxlu turist gedir. Bu iki ölkə arasında turizm əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. Amma bu, son hədd deyil, əlaqələrin inkişafı üçün böyük imkanlar var. Azərbaycan tərəfindən turizmin inkişafı üçün həyata keçirilən dövlət strategiyasının hədəfi ölkəyə daha çox turist cəlb etməkdir”.
Azər Allahverənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz