Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda təcili yardım avtomobili qatarla toqquşub, sürücünün ayağı amputasiya olunub

Abunə olmaq
Yaralılar - həkim, 1984-cü il təvəllüdlü Süleymanova Zərifə Şahin qızı, tibb işçisi, 1972-ci il təvəllüdlü Nəsibov Bayram Kamal oğlu və sürücü, 1957-ci il təvəllüdlü Kərimov Mais Mustafa oğlu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. 

BAKI, 5 yanvar — Sputnik. Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qala yolu kimi tanınan ərazidə olub.

Xəzər rayonu 10 saylı Təcili Yardım Stansiyasına məxsus Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti avtomobili qorunmayan dəmiryol keçidindən keçib. Bu zaman yük qatarı avtomobili vurub. Təcili yardım briqadasının üzvləri ağır xəsarət alıb. Onlar hadisə şahidlərinin köməkliyi ilə 3 saylı xəstəxanaya aparılıblar.

Yaralılar - həkim, 1984-cü il təvəllüdlü Süleymanova Zərifə Şahin qızı, tibb işçisi, 1972-ci il təvəllüdlü Nəsibov Bayram Kamal oğlu və sürücü, 1957-ci il təvəllüdlü Kərimov Mais Mustafa oğlu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Sürücü M.Kərimovun ayağı amputasiya olunub.

Xəbər lenti
0