BAKI, 4 yanvar — Sputnik. Bayram günlərində “Şahdağ” Turizm Mərkəzi 17 min turist qəbul edib. Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mərkəzin xidmətlərindən gün ərzində orta hesabla 4 mindən çox turist faydalanır:
"Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzinə həm yerli, həm də əcnəbi turistlər dincəlmək üçün müraciət ediblər. Qonaqların əksəriyyətini isə yerli turistlər təşkil edib. Son dörd gündə - dekabrın 31-dən yanvarın 3-dək turizm mərkəzi 17 mindən çox qonaq qarşılayıb".
Qeyd edək ki, Şahdağ Turizm Kompleksi Qusar şəhərindən 30 kilometr şimalda yerləşir.