Elnur Soltanov: “Hökumətin məqsədlərindən biri öhdəliklər yerinə yetirilməsidir”
“Azərbaycan atmosferə atılan karbon dioksidin azaldılması ilə bağlı öhdəlikləri yerinə yetirmək əzmindədir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən “Energy Forward” konfransında Energetika nazirinin müavini Elnur Soltanov bildirib.
“Azərbaycan atmosferə atılan karbon dioksidin azaldılması ilə bağlı müəyyən beynəlxalq öhdəliklər götürüb. Azərbaycan kiçik ölkədir, qlobal miqyasda təsiri azdır, amma müəyyən öhdəlikləri var. Hökumətin də əsas məqsədindən biri budur. Biz öhdəlikləri yerinə yetirmək, tənzimləyici mühiti təkmilləşdirmək niyyətindəyik”, - E.Soltanov vurğulayıb.
Elnur Soltanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz