Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda viskidən zəhərlənən şəxs xəstəxanada ölüb

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimlərin səyinə baxmayaraq, P. Bünyatovun həyatı xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında xəstəxanada ölüb.

BAKI, 4 yanvar - Sputnik. Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə 1 saylı Şəhər Klinitki Tibbi Mərkəzində qeydə alınıb. Dekabrın 29-da Nizami rayon sakini, 1981-ci il təvəllüdlü Bünyatov Pərviz Şiraslan oğlu zəhərlənmə diaqnozu ilə KTM-nin Taksikologiya Şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, P. Bünyatovun həyatı xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, P. Bünyadov restoranların birində viski içdikdən sonra halı pisləşib və xəstəxanaya aparılıb.

Xəbər lenti
0