BAKI, 4 yanvar — Sputnik. ABŞ-ın İraqdakı aviabazası raket atəşinə tutulub.
Sputnik Azərbaycan bu barədə “Report”-a istinadən məlumat verir.
Bildirilir ki, raket zərbələri Bağdaddan 70 kilometr məsafədəki “Balad” aviabazasına endirilib. ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən azı 3 raketin atıldığı qeyd olunur.
İraqın təhlükəsizlik qüvvələri xəbəri təsdiqləyib. Atəş nəticəsində insan tələfatının olmadığı bildirilib.
Bu gün ABŞ-ın Bağdaddakı səfirliyi yerləşən əraziyə də raket zərbələri endirilib. Həmin əraziyə 2 raket atılıb.