CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni il bayramında qazanılan piylərdən necə qurtulmalı?

© Photo : Public domenEtmə
Etmə - Sputnik Azərbaycan
Abunə olmaq
Bu sxemə görə, həftənin digər üç günü fiziki məşqlərdən istirahət edərək yeməyə məhdudiyyət qoymamaq olar

BAKI, 3 yanvar — Sputnik. Yeni il bayramından sonra xeyli adam kökəlir.

Sputnik Azərbaycan bildirir ki, Almaniyanın Gissen Universitetinin əməkdaşı Mixael Deşpegel artıq çəkidən qısa zaman ərzində necə qurtulmağın yollarını Focus-la bölüşüb.

Onun sözlərinə görə, insanlar "2+2+4" qaydasına riayət etməlidirlər. İlk iki gün orta intensivlikli kardioməşqlər etmək lazımdır. Sonrakı iki gün isə aşağı intensivlikli gücə hesablanmış məşqləri yerinə yetirmək lazımdır.

Bu dörd gün ərzində isə düzgün qidalanmaya üstünlük verilməlidir.

Ən yaxşı kardioməşqlərə Skandinav yerişi, yüngül qaçış, üçgüçülük və velosiped sürmək daxildir. Güc məşqlərini isə evdə yerinə yetirmək olar. Bunlar əzələləri bərkidərək qaməti düzəldir.

Bu sxemə görə, həftənin digər üç günü fiziki məşqlərdən istirahət edərək yeməyə məhdudiyyət qoymamaq olar. Deşpegelin sözlərinə görə, bu tövsiyələr nəinki yaxşı formaya düşməyə, həm də ümumi əhvalın gözəlləşməsinə yardım edər.

Xəbər lenti
0