BAKI, 3 yanvar — Sputnik. Nigeriyada bir qadın varlanmaq məqsədilə keçirilən ayin zamanı oğlunun sevgilisinin ürəyini və süd vəzilərini yeyib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Star yazıb.
Laqos Universitetinin sosiologiya fakültəsində təhsil alan 22 yaşlı Favur Dale-Oladelenin anası ötən il dekabrın əvvəlində qızının yoxa çıxması ilə bağlı polisə ərizə yazıb. Polis araşdırması ilə bəlli olub ki, qızın görüşdüyü Ovolabi Adiko onu mehmanxanaya apararaq narkotik verib, sonra isə saxta keşiş Sequn Filipin başçılıq elədiyi yerli kilsələrin birinə aparıb.
Details of Murder of 400 level LASU student, Favour Daley-Oladele https://t.co/BiC1z4axlx
— Kiruafrica (@KiruafricaF) January 2, 2020
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, orada Adiko qızın başını ağır çomaqla yarıb, keşiş qızın boğazını üzüb, sonra isə döşlərini kəsib, daxili orqanlarını, eləcə də ürəyini çıxarıb. Filip bu orqanlardan xörək hazırlayıb. Onların inancına görə, bu xörək Ovolabi və anası Bolaya var-dövlət gətirəcəkdi.
Ancaq Bola deyib ki, qızın qətlindən xəbəri yoxdur, guya oğlu ona deyib ki, yemək keçi ətindən bişirilib.
Face of mother vampire. Only God knows why many are now conscienceless in this country. https://t.co/UQe8w6Pm81
— ADEJUWON OSUNNUYI (@MEGACROWN) January 2, 2020
Hazırda hannibal oğulla ana həbsdədirlər.