Türkiyə iranlı generalın ölümünə münasibət bildirdi

© Photo : Social media page of MFA TurkeyTürkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə hər zaman bölgədəki kənar müdaxilələrə, sui-qəsdlərə və məzhəb müharibələrinə qarşı olmuşdur

BAKI, 3 yanvar — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi "bölgədə yüksələn ABŞ-İran gərginliyindən dərin əndişə duyduqlarını" vurğulayıb.

Sputnik Azərbaycan bildirir ki, nazirliyin açıqlamasında deyilir: "ABŞ-ın hava əməliyyatı bölgədəki təhlükəni və qeyri-sabitliyi artıracaq.  Özəlliklə İraqın müharibə meydanına çevrilməsinin həm İraqda, həm də bölgəmizdə sülhə zərər verəcəyini təkrar vurğulayırıq. 

Bu durumda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi dəstəsinin rəisi general Qasım Süleymani və ətrafındakılara ABŞ-ın gecə saatlarında hava hücumu etməsinin bölgədəki təhlükə və qeyri-sabitliyi artıracağı aşkardır. Bölgəmizdə sülhü təhdid edən bu cür addımlar şiddət dalğasını artıraraq bütün tərəflərə ziyan verəcək.

Türkiyə hər zaman bölgədəki kənar müdaxilələrə, sui-qəsdlərə və məzhəb müharibələrinə qarşı olmuşdur.

Bu səbəbdən bütün tərəfləri hadisələrə soyuq başla yanaşmağa, bölgəmizdə sülh və sabitliyə təhlükə yaradacaq birtərəfli addımlardan çəkinməyə və diplomatiyaya üstünlük verməyə çağırırıq".

Xəbər lenti
0