Süleymaninin əvəzinə "Qüds"ə rəhbər təyin olundu

© AP Photo / Hasan SarbakhshianSEPAH əsgərləri, arxiv şəkli
SEPAH əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
SEPAH-ın "Qüds" xüsusi dəstəsinin başçısı Qasım Süleymani yanvarın 2-də axşam saatlarında Bağdadda raket hücumu ilə öldürülüb

BAKI, 3 yanvar — Sputnik. İranın ali dini lideri və hərbi qüvvələrin ali baş komandanı Əli Xamneyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi bölməsinə İsmayıl Kaanini təyin edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ayətulla fərman imzalayıb.

""Qüds"ə rəhbərlik etməyi müqəddəs müdafiə (İran-İraq müharibəsi) zamanı İslam İnqilabı Keşikçilərinin ən yaxşı komandirlərindən olan briqada generalı İsmayıl Kaaniyə həvalə edirəm", - fərmanda deyilir.

"Qüds" xüsusi dəstəsinin başçısı Qasım Süleymani yanvarın 2-də axşam saatlarında öldürülüb. Onunla birlikdə İraqın "əl-Həşd əş-Şəhabi" şiə qruplaşmasının bir neçə lideri, o cümlədən şiələrin komandirinin müavini Əbu Mehdi əl-Mühəndisi də həlak olub.

Pentaqondan bildirilib ki, Bağdad aeroportuna hücum əmrini Prezident Donald Tramp verib. ABŞ həlak olan general Süleymanini dekabrın 31-də bu ölkənin İraqdakı səfirliyinə və koalisiya qüvvələrinin bazalarına hücumda təqsirli bilir.

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif İİKK generalının ölümünü "beynəlxalq terrorizm aktı" adlandırıb.

İranın dini lideri ayətullah Əli Xamneyi də ABŞ-ı qisasla hədələyib.

Xəbər lenti
0