BAKI, 3 yanvar — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi amerikalıların İran generalı Qasım Süleymanini öldürməsindəın sonra gərginliyin artmasından narahatlığını bildirib və hökumətdən baş vermiş vəziyyət barədə Konqresə dərhal hesabat verməsini tələb edir.
"Biz bundan sonra təhrikçi və qeyri-proporsional hərəkətlərlə amerikalı hərbçilərin həyatını risk altında qoya bilmərik. Bugünkü aviazərbə təcavüzün bundan sonra daha da artmasına səbəb ola bilər. Amerika və bütün dünya gərginliyin dönüş nöqtəsi olmayan həddə qədər artmasına imkan verməməlidir", - Pelosinin yazılı bəyanatında deyilir.
"Hökumət bu gün İraqda... İran hərbçilərinə qarşı hərbi qüvvədən istifadəyə (Konqresin) icazəsi olmadan aviahücum edib. Bundan başqa, bu addımlar heç Konqreslə müzakirə də olunmayıb", - o əlavə edib.
"Konqres tam heyətlə dərhal bu ciddi vəziyyət və hökumətin nəzərdə tutduğu addımlar, eləcə də regiona göndərilən əlavə gücün xeyli artırılması barədə məlumatlandırılmalı idi", - Pelosi bildirib.
Bundan öncə Pentaqon İranın İslam İnqilabı Keşikmiləri Korpusunun "Qüds" xüsusi bölməsinin generalı Qasım Süleymaninin öldürüldüyünü təsdiqləyib. Şiə qruplaşması da bildirib ki, əməliyyat nəticəsində onlardan beş nəfər və "iki qonaq" həlak olub. Ölənlər arasında ABŞ Dövlət katibi Mayk Pompeonun dekabrın 31-də ABŞ-ın İraqdakı səfirliyinə hücumda təqsirli saydığı şiələrin komandirinin müavini Əbu Mehdi əl-Mühəndisi də olub.
Süleymaninin ölümünü İran rəhbərliyi də təsdiqləyərək qisas alacağını söz verib.
Bu hadisəyə BMT də reaksiya verib. Qurumun məhkəmədənkənar cəza məsələləri üzrə xüsusi məruzəçisi Aqnes Kallamar sosial şəbəkədə amerikalıların Bağdadda məqsədyönlü şəkildə İran generalı Qasım Süleymanini məhv etməsini qeyri-qanuni adlandırıb.
"Qasım Süleymani ilə Əbu Mehdi əl-Mühəndisinin ölümü, çox güman ki, qeyri-qanunidir və insan hüquqları üzrə beynəlxalq qanunların pozulması deməkdir", - Kallamar Twitter-də yazıb.
Onun sözlərinə görə, aktiv hərbi əməliyyat aparılmadığı zaman məqsədyönlü ölüm üçün pilotsuz uçan aparatların və digər vasitələrin istifadəsi, demək olar ki, həmişə qeyri-qanuni olacaq.
#Iraq: The targeted killings of Qasem Soleiman and Abu Mahdi Al-Muhandis are most lokely unlawful and violate international human rights law: Outside the context of active hostilities, the use of drones or other means for targeted killing is almost never likely to be legal (1)
— Agnes Callamard (@AgnesCallamard) January 3, 2020
Kallamar bildirib ki, insan haqları üzrə beynəlxalq hüquqa görə, ölümcül və ya potensial ölümcül silahın qəsdən istifadəsi yalnız o halda düzgün olar ki, o, həyat üçün birbaşa təhlükə olduğu zaman müdafiə üçün gərəkli olsun.
"Başqa sözlə, bu iki kişiyə kim hücum edibsə, onların digər insanlara qarşı açıq-aşkar təhlükə olduğunu sübut etməli olacaq", - o yazıb.
"İnsanın əvvəllər "terror" hücumlarında əli olması onu öldürməyə cəhdin qanuni sayılması üçün kifayət qədər əsas vermir", - Kallamar əlavə edib.