Astaralı Elçin Babayev adi vaxtlarında dəlləkdir, amma onun həm də suvenir hazırlanması işində də qeyri-adi nailiyyətləri var. Hal-hazırda o, suvenir gəmi üzərində çalışır və onu yalnız kibrit çöplərindən yığır.
“Bir gəmi üzərində haradasa bir həftə işləyirəm, amma işi tamamilə 10 gün ərzində təhvil verirəm”, - deyə gənc usta bizimlə bölüşüb.
Onun istifadə etdiyi xammalın dəyəri o qədər də baha olmur, belə ki, çox vaxt satışlarla xərci çıxara bilir.
“Hazır gəminin qiyməti 100 manatdan yuxarı olur. Hərdən görürəm ki, alıcıların gəmi xoşuna gəlib, amma onu almağa pulu çatmır. Ona görə də çox vaxt onlar üçün də münasib olacaq qiymətə razılaşa bilirik”, - Babayev bizə danışıb.
Onun maraqlı əl işlərini isə videomuzda seyr edin.