BAKI, 3 yanvar — Sputnik. İranın paytaxtı Tehran insan seli ilə qaynayıb-daşır.
Sputnik Azərbaycan CNN-ə istinadən bildirir ki, iranlılar dünən gecə Bağdadda raket zərbələri ilə məhv edilmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi dəstəsinin rəisi general Qasım Süleymaninin yasını tuturlar.
Müxbir Ramin Müstəqim xəbər verir ki, İranın yüzlərlə şəhər və kəndində iranlılar küçələrə axışaraq generalın ölümünə etirazlarını bildirirlər.
Tens of thousands of people are rallying on the streets of Iranian capital Tehran following the US airstrike that killed Qasem Soleimani. https://t.co/OdPzDFs4kP pic.twitter.com/V16zAWNyDO
— CNN (@CNN) January 3, 2020
"Qüds" xüsusi dəstəsinin başçısı Qasım Süleymani yanvarın 2-də axşam saatlarında öldürülüb. Onunla birlikdə İraqın "əl-Həşd əş-Şəhabi" şiə qruplaşmasının bir neçə lideri, o cümlədən şiələrin komandirinin müavini Əbu Mehdi əl-Mühəndisi də həlak olub.
Pentaqondan bildirilib ki, Bağdad aeroportuna hücum əmrini Prezident Donald Tramp verib. ABŞ həlak olan general Süleymanini dekabrın 31-də bu ölkənin İraqdakı səfirliyinə və koalisiya qüvvələrinin bazalarına hücumda təqsirli bilir.
İran XİN rəhbəri Məhəmməd Cavad Zərif İİKK generalının ölümünü "beynəlxalq terrorizm aktı" adlandırıb.
İranın dini lideri ayətullah Əli Xamneyi də ABŞ-ı qisasla hədələyib.