CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda prokurorla köməkçisini işdən qovdular

© pixabay / AJELСтатуя Фемиды
Статуя Фемиды - Sputnik Azərbaycan
Abunə olmaq
Bərdə rayonunun prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov bu vəzifəyə 2015-ci ilin oktyabrında təyin edilib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 3 yanvar — Sputnik. Bərdə rayonunun prokuroru və köməkçisi işdən çıxarılıb.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Bərdə rayonunun prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralovun əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.

İşdən azad edilmənin səbəbinin isə prokurorun fəaliyyətində aşkar edilmiş nöqsanla bağlı olduğu bildirilib.

Onu da qeyd edək ki, Bərdə rayonunun prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov bu vəzifəyə 2015-ci ilin oktyabrında təyin edilib.

Əlavə olaraq onu da bildirək ki, rayon prokuroru ilə yanaşı, onun müavini Babək Elman oğlu Paşayev də tutduğu vəzifədən azad edilib.

Xəbər lenti
0