CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdan Moskvaya uçan təyyarədə olay - təcili eniş etdi

© Sputnik / Maksim Blinov / Mediabanka keçidСамолет авиакомпании "Аэрофлот"
Самолет авиакомпании Аэрофлот - Sputnik Azərbaycan
Abunə olmaq
Aeroportun mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, göyərtəsində 85 sərnişinin olduğu təyyarə 1 saatdan sonra təyinatı üzrə yola salınıb

BAKI, 3 yanvar — Sputnik. Bakı-Moskva reysi ilə uçan təyyarə Volqoqradda təcili eniş edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, buna səbəb sərnişinlərdən birinin özünü pis hiss etməsi olub.

Aeroportun mətbuat xidmətinin rəhbəri Anastasiya Qolodova bildirir ki, yerli vaxtla 7:44-də 1853 saylı reyslə uçan "Aeroflot"a məxsus təyyarə Volqoqrada enib.

"Sərnişinlərdən biri özünü pis hiss edib. Onu xəstəxanaya aparıblar", - Qolodova bildirib.

Onun sözlərinə görə, göyərtəsində 85 sərnişinin olduğu təyyarə 1 saatdan sonra təyinatı üzrə yola salınıb.

Xəbər lenti
0