CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "Rıjiy Tofiq"i tutdular - FOTO

© AR Ministry of Internal Affairs"Rıjiy Tofiq" adı ilə tanınan paytaxt sakini Tofik Paşayev
Rıjiy Tofiq adı ilə tanınan paytaxt sakini Tofik Paşayev - Sputnik Azərbaycan
Abunə olmaq
Bu şəxsin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər. 

BAKI, 3 yanvar — Sputnik. Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat və narkotik vasitə gəzdirən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş "Rıjiy Tofiq" ləqəbi ilə tanınan paytaxt sakini Tofiq Paşayev tutulub.

© AR Ministry of Internal Affairs"Rıjiy Tofiq"adı ilə tanınan paytaxt sakini Tofiq Paşayev
Bakıda Rıjiy Tofiqi tutdular - FOTO - Sputnik Azərbaycan
"Rıjiy Tofiq"adı ilə tanınan paytaxt sakini Tofiq Paşayev

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq, 5 ədəd patron və 1 büküm ümumi çəkisi 0, 529 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

© AR Ministry of Internal AffairsPolis tərəfindən saxlanılan Tofiq Paşayevdən götürülən silah-sürsat
Bakıda Rıjiy Tofiqi tutdular - FOTO - Sputnik Azərbaycan
Polis tərəfindən saxlanılan Tofiq Paşayevdən götürülən silah-sürsat

Bu şəxsin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər. 

Xəbər lenti
0