CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əngəl tanımayan xoşbəxtlik: Bəstəboy olsalar da, həyatlarından razıdırlar

© Sputnik / Ilham MustafayevƏngəl tanımyan Allahverdiyevlər
Əngəl tanımyan Allahverdiyevlər - Sputnik Azərbaycan
Abunə olmaq
Boyları kiçik olsa da arzuları böyük olan Allahverdiyevlər ailəsinin ən böyük nisgilləri Şuşa həsrətidir

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 2 yanvar — Sputnik. Elə insanlar, ailələr var ki, təbiət həyatda onları nədənsə məhrum edib. Bəziləri bunu özlərinə dərd etsələr də, elələri də var ki, heç nə onların xoşbəxtliyini poza bilmir. Haqqında söhbət açacağımız Allahverdiyevlər ailəsi də belələrindəndir.

Mingəçevirdə yaşayan Allahverdiyevlər başqalarından fərqlənirlər. Yeddi  üzvü olan ailənin əksəriyyəti bəstəboydur (cırtdan boylu, liliput). Bir çoxları bəstəboyluğu fiziki qüsur kimi görsələr də, onlar bunu özlərinə dərd etmirlər. Öz xoşbəxt həyatlarını davam etməyə çalışırlar.

Məcburi köçkün olan Allahverdiyevlər ailəsi Şuşanın işğalından sonra Mingəçevirə üz tutub. “Mingəçevir Texniki Rezin” zavodunun yataqxanasında məskunlaşan ailə bu gün də orada yaşamağa davam edir.

© Sputnik / Ilham MustafayevƏngəl tanımyan Allahverdiyevlər
Əngəl tanımayan xoşbəxtlik: Bəstəboy olsalar da, həyatlarından razıdırlar - Sputnik Azərbaycan
Əngəl tanımyan Allahverdiyevlər

Taleh Allahverdiyev həyat yoldaşı Milvari ilə 2002-ci ildə qohumlarının məsləhəti ilə ailə qurub. Ailəli olduqları 17 il ərzində bir qız, iki oğlan övladları dünyaya gəlib. Elə xoşbəxtliklərinə sıxıntı qatan anlar da o vaxtdan başlayıb. Çünki 3 övladlarından ikisinin boyu inkişafdan qalıb və bəzi digər sağlamlıq problemləri yaranıb. Fidan 4-cü, Fəxri isə 7-ci sinifdə oxumalarına baxmayaraq, boyları həmyaşıdlarından fərqli olaraq kiçikdir. Zaman-zaman müxtəlif müalicələr alsalar da, faydası olmayıb. Həkimlər bunun irsi olduğunu söyləyiblər. Amma Taleh Allahverdiyev nə onun, nə də həyat yoldaşının doğmaları arasında bəstəboyluq probleminin mövcud olmadığını deyir. Hətta bu gün paytaxtdakı kolleclərdən birində təhsil alan böyük oğlu Firdovsinin də boyunun normal inkişaf etdiyini bildirir.

Dolanışıqlarına gəldikdə, iki övladın və atanın aldığı təqaüd hesabına ailə həm yaşayır, həm də kollecdə təhsil alan böyük oğullarının ehtiyaclarını qarşılamağa çalışır.

© Sputnik / Ilham Mustafayev“Mingəçevir Texniki Rezin” zavodunun yataqxanasında məskunlaşan ailə bu gün də orada yaşamağa davam edir
Əngəl tanımayan xoşbəxtlik: Bəstəboy olsalar da, həyatlarından razıdırlar - Sputnik Azərbaycan
“Mingəçevir Texniki Rezin” zavodunun yataqxanasında məskunlaşan ailə bu gün də orada yaşamağa davam edir

Ailədə qismən iş qabiliyyəti olan T.Allahverdiyev ailəsini dolandırmaq üçün əsasən günəmuzd işlərdə çalışdığını deyir: “Ailənin əsas gəliri müavinətlərdir. 130 manat pensiya alıram. Uşaqlara da məlum səbəbdən müavinət ayrılıb. Ailəni dolandırmaq üçün günəmuzd işlərdə çalışıram. Restoranların qabağında avtomobillərin parklanmasına yardım edirəm. Bazarda səyyar satıcılıqla gündəliyimizi çıxarmağa çalışıram. Sağ olsun Mingəçevir camaatı, onların da çox dəstəyini görürəm”.

Çətinliklərə baxmayaraq ailə özünü xoşbəxt ailələrdən biri hesab edir. Ailə başçısı uşaqlarının bəstəboy olmaqlarına görə heç bir psixoloji problem yaşamadıqlarını, əksinə hər kəslə səmimi dostluq etdiklərini, normal təhsil aldıqlarını deyir.

© Sputnik / Ilham Mustafayev
Əngəl tanımyan Allahverdiyevlər - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ilham Mustafayev
Əngəl tanımyan Allahverdiyevlər - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ilham Mustafayev
Əngəl tanımyan Allahverdiyevlər - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Taleh Allahverdiyev uzun illərdir yataqxanada ayrılmış bir otaqda bacısı, anası, xanımı və övladları ilə yaşayır. Normal pəncərə-şüşəsi belə olmayan otağın sakinləri onlara da mənzil ayrılacağı günü səbirsizliklə gösləyirlər. Boyları kiçik olsa da arzuları böyük olan Allahverdiyevlər ailəsinin ən böyük nisgilləri isə Şuşa həsrətidir.

Xəbər lenti
0