Ərdoğan Trampla danışdı – Suriya və Liviya məsələləri masaya qoyuldu

© REUTERS / JOSHUA ROBERTSABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
T.Ərdoğan İraqda ABŞ-ın təhlükəsizlik qüvvələrinə edilən hücumdan təəssüfləndiyini və ABŞ-ın Bağdaddakı səfirliyinə edilən hücumların dayandırıldığından məmnun olduğunu bildirib

BAKI, 2 yanvar – Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
"Ermənistanda "soyqırıma" dair heç bir sübut yoxdur" – Ərdoğan

Sputnik Azərbaycan-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətləri, Liviya və Suriyadakı hadisələr də daxil olmaqla regional məsələləri müzakirə ediblər.

T.Ərdoğan İraqda ABŞ-ın təhlükəsizlik qüvvələrinə edilən hücumdan təəssüfləndiyini və ABŞ-ın Bağdaddakı səfirliyinə edilən hücumların dayandırıldığından məmnun olduğunu bildirib.

Telefon danışığı zamanı hər iki lider regional problemlərin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb və ikitərəfli münasibətlərdə qarşılıqlı məqsədlərə çatmaq üçün əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Xəbər lenti
0