CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya gələn yolda çətin durum – Qar həyatı iflic edib

© Sputnik / Ilham AhmadovQəbələyə yağan qar
Qəbələyə yağan qar - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ağır texnikalar yollara qum səpilməsi ilə məşğuldur

BAKI, 2 yanvar – Sputnik. Qarlı hava şəraiti ölkənin şimal rayonlarından paytaxt Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib.

Снег, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qar həvəsində olanlar, rayonlarda "dadını çıxara" bilərsiniz

Trend-in məlumatına görə, Qusar və Quba rayonlarından üzü Bakı istiqamətində avtomobillər yollarda qalıb. Hazırda paytaxta doğru gələn yolda sıxlıq müşahidə olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ağır texnikalar yollara qum səpilməsi ilə məşğuldur.

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi sürücülərə yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən ölkədə yanvarın 2- si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozu verilmişdi.

Xəbər lenti
0