BAKI, 2 yanvar – Sputnik. Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.
Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.