HHM bölməsi həyəcan siqnalı ilə qaldırıldı – FOTO

© AR Ministry of DefenceМинистр обороны Азербайджана проверил боеготовность подразделений ПВО
Министр обороны Азербайджана проверил боеготовность подразделений ПВО - Sputnik Azərbaycan
Abunə olmaq
Həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm obyektlərin mühafizəsi və digər fəaliyyətləri məşq etdirilib

BAKI, 2 yanvar – Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını qəfil yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi yanvarın 2-də Hava Hücumundan Müdafiə bölmələrindən birində olub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

© AR Ministry of DefenceHHM bölmələri
HHM bölmələri  - Sputnik Azərbaycan
1/3
HHM bölmələri
© AR Ministry of DefenceHHM bölmələri
HHM bölmələri  - Sputnik Azərbaycan
2/3
HHM bölmələri
© AR Ministry of DefenceHHM bölmələri
HHM bölmələri  - Sputnik Azərbaycan
3/3
HHM bölmələri
1/3
HHM bölmələri
2/3
HHM bölmələri
3/3
HHM bölmələri

Həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm obyektlərin mühafizəsi və digər fəaliyyətləri məşq etdirilib.

Hava Hücumundan Müdafiə bölmələrinin döyüş texnikası və vasitələrinə baxış keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirib.

2020-ci ildə şəxsi heyətə yeni uğur və nailiyyətlər arzulayan Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, eləcə də hava hücumundan müdafiə ilə bağlı cari ildə keçiriləcək tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar verib.

Xəbər lenti
0