Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda ölüm riskini artıran səbəblərin kökündə nə dayanır – həkim mövqeyi

© Photo : Facebook / Adil QeybullaAdil Qeybulla, həkim
Adil Qeybulla, həkim - Sputnik Azərbaycan
Abunə olmaq
Həkim Adil Qeybulla deyir ki, rəsmi statistikada bu cür rəqəmlərin qeyd olunması vəziyyətin narahatedici səviyyədə olduğunu göstərir
Adil Qeybulla: “Özəl klinikaların əksəriyyətində statistikalar düzgün aparılmır”

“Qeyri-infeksion xəstəliklərin yükü istər xəstələnmə, istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə digər yoluxucu xəstəliklərdən yüksəkdir”. Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, rəsmi statistiknanın reallığı əks etdirmədiyini etiraf etmək lazımdır:

“Özəl klinikaların əksəriyyətində statistika düzgün aparılmır. Çünki tibdə mərkəzi statistika sistemi yoxdur. Rəsmi statistikada bu cür rəqəmlərin qeyd olunması vəziyyətin narahatedici səviyyədə olduğunu göstərir. Bunun bir çox səbəbləri var. O cümlədən ekoloji amillər, qida təhlükəsizliyi ilə bağlı məsələlər, həmçinin dərmanların keyfiyyətinin aşağı olması bu nəticələrin yaranmasının əsas səbəbləridir. Bunlar hamısı bugünkü real vəziyyətin əsasında dayanır”.

Həkim Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0