Yeni tapılan qəbiristanlıq İpək Yolunun öyrənilməsinə kömək edəcək

© AFP 2024 / RAUL ARBOLEDA Археологические раскопки, фото из архива
Археологические раскопки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislərin fikrincə, yerli sənətkarlar üçün bu cür "bəzəklər" tipik deyildi, buna görə də parça yəqin ki, başqa ölkələrdən gətirilib.

BAKI, 1 yanvar — Sputnik. Çinin cənubunda qazıntılar zamanı qədim məzarlar aşkar edilib. Spunik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırma Quançjou şəhərinin Quandun vilayətində yaşayış binasının inşaat ərazisində aparılıb.

Aşkar edilmiş ən qədim məzarlıq yerləri Xan sülaləsinə (e.ə. 206 - e.ə. 220), ən yeni məzarlıq yerləri isə Tsin dövrünə (1644-1911) aiddir. Tədqiqat zamanı alimlər çox sayda tarixi əsərlər də aşkar ediblər.

Археологические раскопки, фото из архива - Sputnik Azərbaycan
Yeni tapılan qəbiristanlıq İpək Yolunun öyrənilməsinə kömək edəcək

Belə ki, III-VI əsrlərə aid 13 məzarlıqdan keramika məhsulları, bürünc qablar, dəmir və muncuq məhsulları çıxarmaq mümkün olub. Eyni zamanda qazıntılar zamanı kristal, kəhrəba və əqiq hissəcikləri ilə bəzədilmiş qiymətli bir tapıntı da aşkar edilib.

Mütəxəssislərin fikrincə, yerli sənətkarlar üçün bu cür "bəzəklər" tipik deyildi, buna görə də parça yəqin ki, başqa ölkələrdən gətirilib.

Alimlər qeyd ediblər ki, belə tapıntılar "İpək yolu"nun dərindən öyrənilməsində böyük rol oynayacaq.

Xəbər lenti
0