Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert Azərbaycanda aqroturizmin inkişaf potensialını şərh edir

Xəbərlərə abunə olun
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, biz bu sahədə hələ lazım olan səviyyəyə çatmamışıq
Müslüm İbrahimov: “Ekoturizmdə uğur qazana biləcəyik”

“Azərbaycanda qısamüddətli deyil, uzunmüddətli turizm yaratmaq lazımdır”. Bunu Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova “Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri” adlı “dəyirmi masa”da deyib.

İqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda kənd təsərrüfatı turizminin inkişaf etdirilməsi üçün böyük potensial var:

“Təəssüf ki, biz bu sahədə hələ lazım olan səviyyəyə çatmamışıq. Bizdə bu sahədə işləyən fermerlər də var. Onlar təsərrüfatlarında turistlərin qalması üçün müvafiq infrastruktur yaradırlar. Bizdə hazırda kənd təsərrüfatının inkişafına diqqət yetirilir. Düşünürəm ki, bu baxımdan ekoturizmdə uğur qazana biləcəyik. Dövlət Turizm Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi bu sahədə birgə əməkdaşlıq edərək bu sistemi işə sala bilərlər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала