BAKI, 1 yanvar - Sputnik. Bu gündən Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.
“Tibbi sığorta haqqında” qanununda edilən son dəyişikliklərə əsasən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə mərhələli şəkildə tətbiq olunması nəzərdə tutulub. Nazirlər Kabinetinin müvafiq yərarı həmin mərhələləri müəyyən edir və ölkənin şəhər və rayonlarında icbari tibbi sığortaya keçidin konkret müddətlərini dəqiqləşdirir.
Beləliklə, qərarda bu prosesin aşağıdakı göstərilən 4 mərhələdə aparılması və 2020-ci ildə tamamlanması nəzərdə tutulub:
1. 2020-ci ilin yanvar – mart aylarında Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında;
2. 2020-ci ilin aprel – iyun aylarında Gəncə, Naftalan və Xankəndi şəhərlərində, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarında;
3. 2020-ci ilin iyul – sentyabr aylarında Şirvan şəhərində, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında;
4. 2020-ci ilin oktyabr – dekabr aylarında Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda.