Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 1 yanvar - Sputnik. Yeni il axşamı Bərdənin oğruları iş başında olublar.
Rayon sakini Vüsal Qəribzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Bərdə şəhərinin Bakı küçəsində “Yetim Elman” kimi tanınan Elman Bağırova məxsus çayxanada oğurluq hadisəsi baş verib. Çayxanaya məxsus televizor, maye qaz balonu, modem qənimət kimi ələ keçirilib.
Faktla bağlı araşdırma aparılır.