CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada maşın körpüdən aşdı: yaralılar var

© Sputnik / Irade JELILQəza baş verən ərazidə təcili tibbi yardım avtomobili
Qəza baş verən ərazidə təcili tibbi yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Quba-Qonaqkənd avtomobil yolunun İkinci Nügədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

BAKI, 31 dekabr — Sputnik. Quba rayonunda yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə Quba-Qonaqkənd avtomobil yolunun İkinci Nügədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qara çayın üzərindəki körpüdən minik avtomobili aşıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0