BAKI, 31 dekabr — Sputnik. Bu gün Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili yolu keçən iki nəfəri - nənə və nəvəni vurub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, qadınlardan biri hadisə yerində ölüb, digəri isə ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisə zamanı ölən şəxs Hacıqabul sakini, 60 yaşlı Əsgərova Sitarə Səftərxan qızı, onun nəvəsi isə 29 yaşlı Əsgərova Füruzə Absalam qızıdır.
Faktla bağlı araşdırma aparılır.