CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıta "20 qəpik", Maştağaya "bığ" - həkim-terapevtin maraqlı ideyası - FOTO

© Sputnik / Irade JELILВид на Сумгайыт
Вид на Сумгайыт - Sputnik Azərbaycan
Abunə olmaq
Hər məkanın əzəli adından savayı, bir də onu məşhur edən nəsnələr var. Ehtiyatda olan zabit Mirzə Ağa Gündüzlü bu maraqlı məqamları toplayaraq ortaya yeni bir iş çıxarıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 31 dekabr — Sputnik. Son günlər müxtəlif rayon və şəhərlərin simvollarını əks etdirən illüstrasiyalar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Onların izi ilə müəllifi - ehtiyatda olan leytenant, həkim-terapevt Mirzə Ağa Gündüzlünü tapdıq.

32 yaşı olan M.Gündüzlü Sputnik Azərbaycan-a bildirib ki, artıq 13 ildir, bu işlə məşğul olur. O, bir neçə il həkim kimi çalışsa da, sonradan yaradıcılığa olan marağı ixtisasına olan sevgisini üstələyib: "Həkimin məsuliyyəti daha çox olur. Bu məsuliyyət məni sıxdığı üçün dizaynla məşğul olmağa başladım. Hazırda reklam agentliklərinin birində çalışıram, qazancım normaldır".

Onun bölgələr və Bakı kəndlərinə aid illüstrasiyalarının sayı 32-dir. Bütün rayonlarımıza aid illüstrasiyaları hazırlaya bilməyib. Bu işi 2020-ci ildə tamamlamağı düşünür.

"2020-ci ildə tamamlanma işləri zamanı bəzi rayon və şəhərlərə görə təqdim etdiyim simvolları da dəyişəcəyəm. Sumqayıtın simvolunu dəyişərək göyərçin etməyi planlaşdırıram. Çünki izləyicilərin çoxu irad tutur ki, nə üçün Sumqayıta 20 qəpiyi, Balaxanıya isə zibil qutusunu uyğun görmüşəm. Bilirsiniz, bu, mənim şəxsi düşüncəm deyil. Mən bu ideyanı həyata keçirməyə başlamazdan öncə bir ay ərzində yaxınlarım, tanışlarım arasında sorğu keçirtdim. Yəni belə bir illüstrasiyanı bir adamın Şamaxını şorla tanıması ilə yaratmadım. Sorğu zamanı hər rayon üzrə nə çoxluq təşkil etdi, mən də onu simvolikləşdirdim. O zamanlar camaat arasında belə bir deyim yayılmışdı: "Sumqayıta getməyə 20 qəpiyin olmaz?" - deyə o əlavə edib.

Bu illüstrasiyaların hazırlanması onun iki həftə vaxtını alıb. M.Gündüzlü belə bir ideyanın necə yaranması haqda danışır:

"Qarşıma "hansı rayonları necə tanıyırsınız" sorğusu ilə bir video çıxdı. Mən də düşündüm ki, belə bir ideyanı gerçəkləşdirsəm, maraqlı olar. Əslində, 32 rayon və Bakı kəndlərinə aid bu illüstrasiyalar 2016-cı ildə hazırlanıb. Amma nədənsə bu günlərdə daha çox rezonansa səbəb oldu".
© Sputnik / Nigar IskanderovaHəkim-terapevt Mirzə Ağa Gündüzlü
Sumqayıta 20 qəpik, Maştağaya bığ - həkim-terapevtin maraqlı ideyası - FOTO - Sputnik Azərbaycan
Həkim-terapevt Mirzə Ağa Gündüzlü

Maştağa üçün "bığ" illüstrasiyası da böyük maraqla qarşılanıb: "Bunun səbəbi Maştağada əksər kişilərin bığlı olması ilə bağlıdır. Nardaran üçün əli silahlıları əks etdirmişəm. Orada silahlı şəxslər çox idi. Qaxdan tanıdığım şəxslər arasında saz çalanlar çoxdur, ona görə də Qax üçün sazı simvolikləşdirmişəm. Amma ora üçün araq da uyğun gələr. "Sovetski" adlanan yer üçün düz xətt, Kürdəmir üçün sonsuzluq işarəsini simvolikləşdirmişəm".

Müsahibimiz, bundan başqa, müxtəlif filmlərin posterlərini də yaradıb. Bu filmlər arasında "Ögey ana", "Bir cənub şəhərində"ni misal çəkmək olar. Rayon və şəhərlərin simvolik illüstrasiyalarına gəldikdə isə ideyalara açıq olduğunu bildirdi.

Xəbər lenti
0