Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Dünyanın müxtəlif ölkələrindəki azərbaycanlıları birləşdirən gün

Abunə olmaq
Dünya azərbaycanlılarını birləşdirən bu günlə bağlı bütün maraqlı məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz

Düz 30 il əvvəl Azərbaycanın dövlət bayramları sırasına daha bir gün əlavə edildi - 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsinin 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Güney və Quzey Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul edib. Bunun məntiqi davamı olaraq, "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirilib. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə sökülüb. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yaranıb, sadələşdirilmiş keçid məntəqələri təşkil edilib. Bu münasibətlə 1989-cu il dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilib, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvanda geniş qeyd edilib.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.

O vaxtdan etibarən 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram kimi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyonadək azərbaycanlı tərəfindən qeyd olunur.

Dünya azərbaycanlılarını birləşdirən bu günlə bağlı bütün maraqlı məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

Xəbər lenti
0