BAKI, 31 dekabr — Sputnik. Anqola məhkəməsi ölkənin keçmiş prezidenti Joze Eduardu duş Santuşun qızı, 2.3 mlrd. dollar varidata malik 46 yaşlı İzabel duş Santuşun bank hesablarına həbs qoyub.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan BBC News-a istinadən bildirir ki, onun "Unitel" telekommunikasiya şirkəti və "Fomento Angola" bankındakı payları həbs altına düşüb. Məhkəmənin hərəkətlərinin antikorrupsiya istintaqı ilə bağlı olduğu bildirilir. Hazırkı Prezident Juan Lorensunun administrasiyası hesab edir ki, duş Santuş 1 mlr.dolları mənimsəyib və həmin pulları qaytarmaq niyyətindədir. Qadın isə ittihamları rədd edir.
"Forbes" jurnalının məlumatına görə, duş Santuş Afrika milyarderlərinin sırasında 8-ci, qadınlar arasında isə birincidir. Onun atası 1979-cu ildən 2017-ci ilədək Anqolanın prezidenti olub.