BAKI, 31 dekabr - Sputnik. "Əziz həmvətənlər!
Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsun! Bu bayram günündə sizə möhkəm cansağlığı, xoş ovqat, ailələrinizə sevinc və rifah arzulayıram".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər təbrik Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın "İnstagram" səhifəsində yer alıb.