Yeni ili bir gündə on beş dəfə qarşılayacaqlar

© Photo : ESA/Luca ParmitanoВид на реку Амазонку с борта МКС
Вид на реку Амазонку с борта МКС - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda BKS-də rusiyalılar Aleksandr Skvortsov və Oleq Skripoçka, amerikalılar Kristina Kuk, Endrü Morqan, Cessika Meyr, eləcə də italyan Luka Parmitano növbədədirlər

BAKI, 31 dekabr — Sputnik. Beynəlxalq Kosmik Stansiyanın (BKS) heyəti 2019-2020-ci illər arasındakı sərhədi 15 dəfə keçəcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Roskosmos" və Uçuşları İdarəetmə Mərkəzindən (UİM) RİA Novosti-yə verilən məlumatda deyilir.

"2020-ci il yanvarın 1-də kosmonavtlar 15 tam sutkalıq dövrü ötüb keçəcəklər. Moskva vaxtı ilə Yeni ili onlar Sakit okean üzərində, Qrinviç vaxtı ilə - Sibirdə, Baykal gölünün üzərində, Hyuston vaxtı ilə (ABŞ-ın UİM-nin yerləşdiyi məkan) Atlantik okeanın üzərində qarşılayacaqlar", - "Roskosmos"dan bildirilib. 

Rusiya UİM-dən bildirilib ki, ballistlərin hesablamalarına görə, stansiyanın heyəti 2019 və 2020-ci illər arasındakı sərhədi 15 dəfə keçəcək.

Keçən ilki ballistik şərtlər daxilində stansiyanın heyəti Yeni ili 16 dəfə qeyd edə bilmişdi.

Hazırda BKS-də rusiyalılar Aleksandr Skvortsov və Oleq Skripoçka, amerikalılar Kristina Kuk, Endrü Morqan, Cessika Meyr, eləcə də italyan Luka Parmitano növbədədirlər.

Bu il onların Yeni il masasında qara kürü olmayacaq, amma dekabrın 6-da göndərilmiş "Proqress MS-13" raketi kosmonavtları bayram günü qara və yaşıl zeytun, xurma, quşüzümü, marinə edilmiş zəncəfil, kremli bal, alma pastilaları, sidr qozası, fındıq, şokolad, konfet, qıtığotu, ketçup, tomat konservi, şirin bibər, eləcə də təzə alma, qreypfrut, portağal, limon, soğan və sarımsaqla təmin edib.

Xəbər lenti
0