CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Enerji içkiləri ilə bağlı yeni qaydalar gəlir – Növbəti ildə daha çətin olacaq

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidАлюминиевые банки в цеху розлива, фото из архива
Алюминиевые банки в цеху розлива, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizdə də enerji içkiləri ilə əlaqədar sanitar norma və qaydalar qəbul olunub. Yanvarın 1-dən etibarən elan etdiyimiz şərtlərin hamısı tətbiq ediləcək" - Qoşqar Təhməzli

BAKI, 30 dekabr — Sputnik. "Yanvarın 1-dən Azərbaycanda "Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları" qüvvəyə minir. Hazırda bu istiqamətdə işlər tam hazır vəziyyətə gətirilib. Enerji içkiləri ilə əlaqədar Azərbaycanda yeni texniki, hüquqi akt qəbul olunub". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Энергетический напиток, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Enerji içkiləri: Xəstəlik və ölümə aparan qısa yol

O bildirib ki, növbəti ilin 1 yanvar tarixindən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı müvafiq norma və qaydalara uyğun olaraq tənzimlənəcək. Tələblərə cavab verməyən məhsulların idxal və istehsalına qadağa qoyulacaq: "Qida məhsullarının təhlükəsizlik göstəriciləri dünyanın hər yerində sanitar və fitosanitar qaydalarla tənzimlənir. Bizdə də enerji içkiləri ilə əlaqədar sanitar norma və qaydalar qəbul olunub. Yanvarın 1-dən etibarən elan etdiyimiz şərtlərin hamısı tətbiq ediləcək. Bununla əlaqədar olaraq, Təhsil Nazirliyilə də xüsusi iş aparmışıq. Onlara da dəstəyə görə minnətdaram. Növbəti ildən etibarən ümumtəhsil müəssisələrinin yaxınlığında enerji içkilərinin satışına icazə verilməyəcək və buna ciddi nəzarət olacaq".

Qeyd edək ki, 1 yanvar 2020-ci ildən qüvvəyə minən qaydalara görə, enerji içkilərinin etiketlərində mütləq "enerji içkisi", "tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə satışı qadağandır", "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur", "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir" yazıları qeyd edilməlidir.

Xəbər lenti
0