CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Trans yağların normativ həddi aşağı salına bilər

CC BY-SA 2.0 / Taryn / Melting butterТопление сливочного масла
Топление сливочного масла - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentlyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

BAKI, 30 dekabr — Sputnik. "Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir. Hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8 faiz təşkil edir. Agentliyin istəyi isə bu rəqəmin 2 faizə endirilməsidir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentlyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib: "Biz Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq ölkədə trans yağlarının yuxarı həddini 2 faiz etmək istəyirik. Təbii ki, bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır. Energetik içkilərdə olduğu kimi, trans yağlar ilə bağlı müvafiq normativ hüquqi sənədlər işlənilir. Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq. Orada qeydiyyatdan keçdikdən sonra hüquqi qüvvəyə minəcək".

Xəbər lenti
0