BAKI, 30 dekabr — Sputnik. Almaniya sakinlərinin fikrincə, Vladimir Putin, Angela Merkel və Emmanuel Makron 2020-ci ildə qlobal problemlərin həllində böyük rol oynayacaqlar.
Sputnik Azərbaycan xəbər verir ki, almanlar arasında belə bir sorğunu "YouGov" araşdırma və analitika şirkəti yerli "Welt am Sonntag" nəşrinin sifarişi əsasında aparıb.
Sorğu iştirakçılarından onların fikrincə, 2020-ci ildə beynəlxalq problemlərin həllində ən əhəmiyyətli rol oynayacaq siyasətçini seçmələrini istəyiblər.
Beləliklə, respondentlərin 22 faizi Almaniya Kansleri Angela Merkelin adını çəkiblər. Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron müvafiq olaraq səslərin 20 və 19 faizini alıblar.
Respondentlərin 16 faizi Donald Trampa, 12 faizi Ursula fon der Lyayenə, 10 faizi Si Tsinpinə və 9 faizi Boris Consona səs veriblər.
Lakin sorğuda iştirak edənlərin demək olar ki, üçdə biri (29 faizi) siyasətçilərdən heç birinin qlobal problemləri həll etməyəcəyini deyiblər.
"Welt am Sonntag" nəşri sorğu iştirakçılarının sayını açıqlamayıb.