CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlqar Orucov AMEA barədə: son 6 il ərzində ciddi tənəzzülə uğramışdı

Abunə olmaq
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, xaricdə oxuyub-qayıtmış gəncləri stimullaşdırıcı yollarla Azərbaycan elminə cəlb etmək lazımdır
İlqar Orucov: “Akademiyanın kadr potensialı mütləq şəkildə yeniləşməlidir”

Dövlət hər il akademiyaya böyük məbləğdə vəsait ayırır. Lakin əvəzinə demək olar ki, heç bir fayda əldə etmir. AMEA-nın fəaliyyəti təhlil edilib yenidən qurulmalıdır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev qurumun ümumi yığıncağında deyib.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan Milli Elmlər Akademiyası son 6 il ərzində ciddi tənəzzülə uğrayıb: “Səriştəsiz idarəçiliyə görə, AMEA 6 il yox 16 il itirib. Azərbaycanın iqtisadi inkişafında lokomotiv rolounda çıxış etməli olan AMEA ciddi böhran yaşayıb və bunun gələcəyimizlə bağlı fəsadlarını bir neçə il sonra da hiss edəcəyik. Xaricdə oxuyub-qayıtmış gəncləri stimullaşdırıcı yollarla Azərbaycan elminə cəlb etmək lazımdır. Akademiyanın kadr potensialı mütləq şəkildə yeniləşməlidir”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0