Kilsədə atəş səsləri: 2 ölü

© REUTERS / Mohammad KhursheedСотрудники правоохранительных органов США на месте стрельбы у церкви Сатерленд Спрингс в Техасе, 5 ноября 2017 год
Сотрудники правоохранительных органов США на месте стрельбы у церкви Сатерленд Спрингс в Техасе, 5 ноября 2017 год - Sputnik Azərbaycan
Abunə olmaq
Bir nəfər hadisə yerində ölüb, digəri xəstəxanaya aparılarkən yolda keçinib. Üçüncü şəxsi isə xəstəxanaya çatdıra biliblər, amma onun da vəziyyəti qənaətbəxş deyil

BAKI, 29 dekabr — Sputnik. ABŞ-ın Texas ştatının Uayt Settlment şəhərindəki kilsədə atəş açılması nəticəsində iki nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə  Dallas Morning News "Medstar" tibb şirkətinin nümayəndəsi Makara Trastiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bir nəfər hadisə yerində ölüb, digəri xəstəxanaya aparılarkən yolda keçinib. Üçüncü şəxsi isə xəstəxanaya çatdıra biliblər, amma onun da vəziyyəti qənaətbəxş deyil.

Fort-Uertin yanğından mühafizə dəstəsinin nümayəndəsi Mayk Drivdalın verdiyi məlumata görə, atəş açan bu üç şəxsdən biridir. O bildirib ki, polisə yerli vaxtla 9:57-də kilsədə atəş səsləri eşidildiyi barədə xəbər verilib. Hadisə yerinə polislə yanaşı, yanğınsöndürənlər, Alkoqol, Tütün və Odlu silah Agentliyinin işçiləri də gəliblər. 

Xəbər lenti
0