CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsillə bağlı idarə agentliyə çevrilir

© Sputnik / Murad OrujovМинистерство образования Азербайджанской Республики
Министерство образования Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabinetinə dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Agentliyin inzibati bina ilə təmin olunması üçün müvafiq tədbirlər görmək, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək həvalə olunub

BAKI, 29 dekabr — Sputnik. Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Человек, работающий с документами  - Sputnik Azərbaycan
ELM
Xaricdə təhsil alanlar üçün xoş olmayan xəbər var

Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmanla "Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi" təsdiqlənib. Nazirlər Kabinetinə dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Agentliyin inzibati bina ilə təmin olunması üçün müvafiq tədbirlər görmək, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək həvalə olunub.

Təhsil Nazirliyinə Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etmək, Agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) iki ay müddətində Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

Xəbər lenti
0