CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beş dəqiqəyə "Ceyms Bond": Bakı ovcunuzun içinə yerləşəcək

© Sputnik / Murad OrujovBakı Nəqliyyat Agentliyi
Bakı Nəqliyyat Agentliyi - Sputnik Azərbaycan
Abunə olmaq
CİS bazası yol və şəhər infrastrukturu haqqında geniş məlumat əldə etmək, müxtəlif hesabatlar, analizlər və emal proseslərini həyata keçirtməyə imkan verir.

BAKI, 29 dekabr — Sputnik. Nəqliyyatı intellektual idarəetmə sisteminin ən əhəmiyyətli komponentlərindən olan Coğrafi İnformasiya Sistemlərinin (CİS) idarə olunması ilə bağlı proqram təminatı və elektron xəritə hazırlanıb. Sputnik Azərbaycan bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Proqram təminatında Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri üzrə 34 bölmədən ibarət məkan məlumatları, digər coğrafi məlumatları özündə əks etdirən rəqəmsal xəritə əks olunub. Yaradılan CİS bazasında yol sərhədləri, yol nişanlanması, kəsişmələr, yolayrıcı zolaqlar, velosiped yolları, parklanma yerləri, taksi və avtobus duracaqları, avtobus zolaqları və sair haqqında məlumatlar yerləşdirilib.

Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Diqqətli olun: İki marşrut xətti yaradıldı, bir xətt ləğv edildi
 CİS bazası yol və şəhər infrastrukturu haqqında geniş məlumat əldə etmək, müxtəlif hesabatlar, analizlər və emal proseslərini həyata keçirtməyə imkan verir. Bu rəqəmsal xəritədən istifadə etməklə gələcəkdə naviqasiya sisteminin işləməsi üçün lazım olan məkan məlumatlarını əldə etmək də mümkün olacaq.

CİS xəritəsində Bakı, Sumqayıt və Abşeron yarımadasında mövcud olan tarixi yerlər, muzeylər - bir sözlə, turizm potensiallı məkanların yerləri barədə məlumatlar əks olunduğuna görə Azərbaycanın turizm potensialına da ayrıca töhfə vermiş olacaq. CİS gələcəyin planlaşdırılması, insan və ətraf mühit əlaqələrini modelləşdirmək üçün bizə geniş imkanlar yaradır. Beləliklə, bu gün tam əminliklə deyə bilərik ki, CİS-in meydana çıxması məkan məlumatlarının toplanması, sistemləşdirilməsi, təhlili və xəritləşdirilməsi baxımından yeni mərhələnin başlanğıcını qoyub.

Eyni zamanda, müntəzəm marşrut xətləri üzrə avtobusların vahid mərkəzdən idarə olunması məqsədilə Mərkəzləşdirilmiş Dispetçer Xidmətinin yaradılması işləri də artıq yekunlaşmaq üzrədir. Bununla bağlı işlər iki istiqamətdə aparılıb. Sözügedən xidmətin yaradılması real vaxt rejimində marşrut xətləri üzrə avtobusların hərəkət cədvəlinə və sxeminə riayət olunmasına nəzarət etməyə imkan verəcək.

Xəbər lenti
0