Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Azərxalça"ya 17 milyon manat veriləcək

© Sputnik / Musa Muradli"Azərxalça"nın Ağdam Filialında xalçaçı qadınlar
Azərxalçanın Ağdam Filialında xalçaçı qadınlar - Sputnik Azərbaycan
Abunə olmaq
Göstərilən məbləğdə maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, digər məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb

BAKI, 29 dekabr — Sputnik. Prezident İlham Əliyev yunəyirici-boyaq fabrikinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, sənəddə deyilir: "Yunəyirici-boyaq fabrikinin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.13-cü yarımbəndində göstərilmiş məbləğin 17 535 600 (on yeddi milyon beş yüz otuz beş min altı yüz) manatı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın".

Göstərilən məbləğdə maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, digər məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.

Xəbər lenti
0