Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Aeroportda, buz üstündə, tıxacda... Yeni ili harada qarşılayırıq – SORĞU

Abunə olmaq
Yeni ili evdə ailəmizlə birgə qarşılamaq artıq adət halına çevrilib. Mütləq yeni il verilişləri, vedrə-vedrə salatlar və üç cür qaynar yemək... Bəs görəsən, bakılıların Yeni ili qarşıladıqları ən qeyri-adi yer hara olub?

Dekabrın 31-i bütün şəhər qaçaqaçda olur. Hər kəs ən sona saxladığı işlərini bitirməyə çalışır və evə tələsir ki, Yeni ili ailə ətrafında qarşılasın? Bəs çatdırmayanlar necə? Bizə də maraqlı gəldi, görəsən bakılıların Yeni ili qarşıladıqları ən qeyri-adi məkan hansı olub.

Bəzi cavabları özümüz də gözləmirdik. Amma etiraf etməliyik ki, Yeni ili aeroportda və ya buz üzərində maşın itələyə-itələyə qarşılamağın da öz romantikası var.

Gözləmədiyimiz digər məqam isə bu qədər çox turistin ili qarşılamaq üçün məhz gözəl paytaxtımızı seçməsi olub. Və təbii ki, bütün əyləncələrdən evdə qalıb ənənəyə sadiq qalanların da sayı az olmayıb. Sizə də maraqlı gəldi? Onda videomuzu izləyin.

Xəbər lenti
0