ABŞ "Hizbullah"ın beş məntəqəsini partlatdı

© REUTERS / Benoit TessierВоенный вертолет приземляется рядом с временной передовой оперативной базой в Ндаки, Мали
Военный вертолет приземляется рядом с временной передовой оперативной базой в Ндаки, Мали - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqonda qeyd ediblər ki, bu zərbələr qruplaşmanın gələcəkdə koalisiya qüvvələrinə qarşı hücum imkanlarını azaltmaq məqsədi daşıyır

BAKI, 29 dekabr — Sputnik. ABŞ "Hizbullah"ın İraq və Suriyadakı beş obyektinə zərbələr endirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Pentaqon rəhbərinin köməkçisi Conatan Hoffman deyib.

""Kataib Hizbullah"ın İraqdakı bazalara təkrarlanan hücumlarına qarşı ABŞ hərbçiləri müdafiə məqsədilə hərəkatın İraq və Suriyadakı beş obyektinə zərbə endiriblər", - Hofmanın yaydığı məlumatda bildirilir.

Pentaqonda qeyd ediblər ki, bu zərbələr qruplaşmanın gələcəkdə koalisiya qüvvələrinə qarşı hücum imkanlarını azaltmaq məqsədi daşıyır.

"Vurulan obyktlərdən üçü İraqın, ikisi isə Suriyanın ərazisindədir. Bunlar "Kataib Hizbullah"ın koalisiya qüvvələrinə qarşı hücum hazırlayaraq gerçəkləşdirdikləri idarəetmə, qərargah məntəqələri və  silah anbarlarıdır", - Hoffman izah edib. 

ABŞ həmçinin İranı "Kataib Hizbullah" təşkilatına silah ötürməkdə ittiham edib.

Xəbər lenti
0