CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aydın Bəşirov dünyasını dəyişib

© REPORTAzərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov - Sputnik Azərbaycan
Abunə olmaq
O, 2003-cü il 4 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 145 illiyi ilə əlaqədar və xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdu

BAKI, 29 dekabr — Sputnik. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu gecə Türkiyədə dünyasını dəyişib. Aydın Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində doğulub.

O, Bakı dənizçilik məktəbində təhsil alıb. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Uzaq səfərlər kapitanı olub. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli 188 №-li fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2003-cü il 4 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 145 illiyi ilə əlaqədar və xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

Aydın Bəşirov 1999-cu ildə IV Beynəlxalq müsabiqədə "Nəqliyyatda ilin adamı" adına layiq görülüb. 2004-cü ilin aprelində Qara Dəniz Hövzəsi Gəmi Sahibkarları Beynəlxalq Assosiasiyasının (BINSA-nın) VI növbədənkənar iclasında bu qurumun prezidenti seçilib.

Xəbər lenti
0