Pedofillikdə ittiham olunan keşiş xaçla öldürüldü

Abunə olmaq
Aleksandr V. artıq saxlanılıb və o, işgəncə verməkdə, adam öldürməkdə və hüquq mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunur

BAKI, 28 dekabr - Sputnik. Fransanın Uaza departamentində 19 yaşlı oğlan pedofillikdə ittiham olunan Roma-Katolik kilsəsinin keşişini xaçla qətlə yetirib. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı “Daily Mail” qəzeti yayıb.

ABŞ konqresinin binası - Sputnik Azərbaycan
Keşiş Konqresdən ruhları qovdu

Məlumata görə, adı Aleksandr V. kimi qeyd olunan gənc xaçı 91 yaşlı Rocer Matassolinin boğazına sancıb.

Keşişin meyiti polis əməkdaşları tərəfindən aşkar edilib. Onun hava çatışmazlığından öldüyü bildirilir.

İnsident noyabrın 4-də baş verib, lakin onun haqqında məlumat yalnız indi yayılıb.

Aleksandr V. artıq saxlanılıb və o, işgəncə verməkdə, adam öldürməkdə və hüquq mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunur. Ekspertiza həmçinin oğlanda psixi pozğunluq aşkar edib.

Qeyd olunur ki, Matassoli 1960-cı ildən bəri ən azı dörd oğlan uşağına qarşı seksual xarakterli zorakılıq hərəkətlərini törədib. Aleksandr V. və onun atasının onların arasında olduğu bildirilir.

Xəbər lenti
0