CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İntihara cəhd edən polisi yoldaşları xilas etdilər

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən xidməti yoxlama aparılır. Yoxlamanın nəticəsində əməkdaşın hansı səbəbdən özünü yandırmağa cəhd etməsinin səbəbi məlum olacaq" - Ehsan Zahidov

BAKI, 28 dekabr — Sputnik. Salyan şəhərində polis özünü yandırıb.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, rayonun Xələc kənd sakini, 1986-cı il təvəllüdlü Fətiyev Miri Bəxtiyar oğlu üzərində gəzdirdiyi yanacağı üstünə tökərək özünü yandırmağa cəhd edib.

Yanında olan polis əməkdaşları tərəfindən vaxtında müdaxilə edildiyindən yanğın söndürülüb. Yüngül yanıq xəsarətləri alan M.Fətiyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra o, Bakıya göndərilib.

Hadisənin səbəbi hələlik məlum deyil. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a bildirib ki, Miri Fətiyevin özünü yandırmaq cəhdinin qarşısı iş yoldaşları tərəfindən alınıb:

"Əməkdaş özünü yandırmağa cəhd edib. Əllərindən yüngül xəsarətləri alıb. Hazırda Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alır. Vəziyyəti qənaətbəxşdir. Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən xidməti yoxlama aparılır. Yoxlamanın nəticəsində əməkdaşın hansı səbəbdən özünü yandırmağa cəhd etməsinin səbəbi məlum olacaq".

Xəbər lenti
0